Ukrayna müdafiə texnologiyaları şirkəti "Fire Point" həmtəsisçisi, “Flamingo” uzaqmənzilli raketinin və bir neçə Ukrayna dronunun ixtiraçısı və baş dizayneri Denis Ştilermanın sosial şəbəkədəki paylaşımı diqqət çəkib.
Bizim.Media xəbər verir ki, mühəndis “X” hesabında raket buraxılışını əks etdirən bir foto paylaşıb.
O, buraxılışın Rusiyanın Ryazan vilayətindəki neft emalı zavoduna və "Wildberries" anbarına edilən hücumla əlaqəli olub-olmadığını açıqlamayıb.
Ştilerman sadəcə şəkillərə "Səhər" şərhini yazıb.
Onun bu paylaşımına “Cənab Denis, deyin görək, "Flamingo" ilə Rusiya neft emalı zavodlarına zərbə endirmək planları varmı? Gələcəkdə belə bir "hədiyyə" gözləyə bilərikmi?” kimi şərhlər yazılıb.
Bundan əlavə, Ştilerman Ryazanda tüstü sütunlarını göstərən videonu paylaşaraq "Lol" yazıb.
Qeyd edək ki, Rusiyanın Ryazan şəhəri Ukrayna pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Hücum nəticəsində “Wildberries” şirkətinə məxsus anbar yanıb. Onu da bildirək ki, bir neçə gündür Ukrayna Rusiyanın müxtəlif regionlarında yerləşən “Wildberries” anbarlarına kütləvi hücumlar edir.





Bizim.Media

- A-
- A
- A+
Dünya
11:27 / 29.07.2026
Ştilermanın paylaşımı diqqət çəkdi : Raket buraxılışı və "Wildberries"ə hücum... - FOTO
Hazırda oxunan: Ştilermanın paylaşımı diqqət çəkdi : Raket buraxılışı və "Wildberries"ə hücum... - FOTO
Hazırda oxunan: Ştilermanın paylaşımı diqqət çəkdi : Raket buraxılışı və "Wildberries"ə hücum... - FOTO
628148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































