Yeni ildə neçə gün evdəyik? - RƏSMİ QƏRAR

Hazırda oxunan: Yeni ildə neçə gün evdəyik? - RƏSMİ QƏRAR

38442
Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərarı dərc edilib.

 Baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı qərarda Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və ölkə başçısının 2006-cı il 18 dekabr tarixli 489 nömrəli fərmanının 2-ci hissəsinə istinad edilib.

 “İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2013-cü ilin 28 və 29 dekabr istirahət günləri ilə 2014-cü ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilsin”-deyə qərarda bildirilib.

 Bununla da dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin