AMİ-də Hesablama Palatası xofu...

Hazırda oxunan: AMİ-də Hesablama Palatası xofu...

38305

Azərbaycan Müəllimlər İnstitutunun filiallarındakı nöqsanlar barədə ara-sıra mətbuatda gedən tənqidi yazıların əsassız olmadığı nəhayət dünən təsdiqləndi və Gəncə filalında Təhsil Nazirliyi tərəfindən aparılan yoxlamaların direktor Ramiz Məmmədovun işdən kənarlaşdırılması və çoxsaylı cinayət tərkibli faktların Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməsi bir çox mətləblərin üstünü açdı. Eyni zamanda o da vurğulanır ki, nazirlik tərəfindən digər filiallarda da anoloji yoxlamalar aparılacaq.

  Bu azmış kimi, artıq Bakıdakı baza institutunda da “soyuq küləklər” əsməyə başladığı haqqında məlumatlar var və bildirilir ki, bu yaxınlarda  Azərbaycan Muəllimlər İnstİtutunda  Hesablama Palatası tərəfindən plan uzrə yoxlama keçiriləcəyi xəbəri başda deputat-rektor Aqiyə Naxcıvanlı olmaqla təsərrufat isləri uzrə prorektor Adilxan Xəlilovun və baş muhasib Mətanət Quliyevanı narahat etməyə başlayıb.

 Bununla bağlı Moderator.az-ı bilgiləndirən mənbə iddia edir ki,  yoxlamalar zamanı təmir-tikinti yə və inventar alışı ilə bağlı dövlət vəsaitinin mənimsənilməsi faktlarının ortaya cıxacağı ehtimalı baza institutunda əməlli -başlı əndişə yaradıb. AMİ-nin  texniki isçilərinin hesabına yüngül kosmetik işlər gördürərək sonra isə müxtəlif firmaların adına “Forma 2” yazılaraq pulun mənimsənildiyi barədə də şayiələr dolaşmaqdadır.Halbuki o firmaların  fəhlələrini institutda gorən olmadığı iddiaları var. İddialara görə rektorun ən yaxın adamlarından hesab olunan prorektor AMİ nin 11 flialındakı bütün əməliyyatları da nəzarətində saxlayır. Belə ki, “Kotirovka” sorğulari formal xarakter daşıdığı deyilir. Hansı filialın hansı MMC ilə işləyəcəyini də yalnız  AMİ rektoru  muəyyənləşdirir. Mənbə iddia edir ki, bütün filiallar eyni sistemlə və yazılmamış oyun qaydaları ilə idarə olunur. Aqcəbədi filialının direktoru Xəqani Məmmədov hələ də onun yerinə muavini Mətanət Fərzəliyevanın təyin edilməsi səbəbini anlamaqda acizdir, amma onu nə eşidən var, nə dərdini deyəcəyi ünvan.  Zaqatala filialindan  nöqsanlarına görə Salyan filialina ”sürgün” edilsə də “bismillah” etməyə macal tapmamış isindən kənarlaşdırılan Tovuz Eminli  çıxarılmaqdan daha çox sövdələşmənin pozulduğuna görə ziyana düşməsindən  şikayətçidir. Mənbə Tovuz Eminlinin baş verənlərə dözmək fikrinin olmadığını və artıq onun rektorla hüquqi müstəvidə çəkişmək qərarını verdiyindən məhkəməyə müraciət etdiyini bildirir.Tovuz Eminli  də bir suala cavab axtarır ki, boyuk maxinasiyalar edən Orucəli Rzayevin  Mingəcevir filialından rüsvayçılıqdan sonra məhz onun yerinə  Zaqatala filialına gondərilməsi və orada da həmin çirkin əməllərini davam etdirməsinə baxmayaraq niyə ona güzün üstə qaşın var deyilmir?

Mənbə iddia edir ki, AMİ-də baş verənlərdən artıq Təhsil Nazirliyində də kifayət qədər məlumatlıdırlar və istər baza institutda, istərsə də bütün filiallardakı baş verənlərdən narazı kollektiv üzvləri intizarla böyük ümidlər bəslədikləri nazir Mikayıl Cabbarovun ciddi reksiya verəcəyini, Ramiz Məmmədov kimi rəhbərlərin oxşar aqibətlə üzləşəcəyini  gözləyirlər.

Mövzunu diqqətdə saxlayacağıq və Təhsil Nazirliyinin cəmiyyətdə böyük rezonans və ümidlər doğurmuş yoxlamalarının davamlı olacağına ümid edirik. Eyni zamanda onu da vurğulamağı lazım bilirik ki, bu məlumatları ictimailəşdirməkdə heç bir niyyətimiz və qərəzimiz yoxdur, rektor Aqiyyə Naxçıvanlının özünün də bu cür təmizləmələrdə maraqlı olduğuna əminik və dəfələrlə ondan bununla bağlı açıqlamalar almışıq. Ümid edirik ki, enində-sonunda  təhsili millətin gələcəyi hesab edən Heydər Əliyevin arzuları realaşacaq və cəmiyyətimiz təhsili bazara çevirən üzdəniraq kadrlardan qurtulacaq. 

Sonda qeyd edək ki, qarşı tərəfin də fikirlərini işıqlandırmağa və təhsilimizin inkişafı naminə əməkdaşlığa hazır olan hər kəsin mövqeyini, fikir və düşüncələrini təqdim etməyə söz veririk. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin