"Bu, Ermənistanın ziyanına olacaq" - Səməd Seyidov

Hazırda oxunan: "Bu, Ermənistanın ziyanına olacaq" - Səməd Seyidov

36581

Azərbaycan tərəfi bütün beynəlxalq ictimaiyyətə bildiriş verib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazırdır.

Moderator.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov deyib.

O, qeyd edib ki, Ermənistan isə parlamentdə qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini gündəmə gətirməklə yalnız özünü ifşa edir: “Ermənistan bununla göstərir ki, həm danışıqları aparmaq iqtidarında deyil, həm də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır deyil. Əminəm ki, Ermənistanın qondarma DQR-ı tanımaq cəhdinin də nəticəsi olmayacaq. Bunun hansısa nəticəsi olsa belə Ermənistanın ziyanına olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin