Eldar Əzizov “Karvan”la bağlı məsuliyyəti üzərindən atır

Hazırda oxunan: Eldar Əzizov “Karvan”la bağlı məsuliyyəti üzərindən atır

35544

Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində baş verən yanğınla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov maraqlı mövqe açıqlayıb. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, icra başçısı yanan obyektin özəl mülkiyyət olduğunu bildirib və bu səbəbdən icra hakimiyyəti olaraq heç bir tədbir görməyəcəklərini qeyd edib: “İcra başçısı “Karvan” Ticarət Mərkəzinin bundan sonrakı aqibəti ilə bağlı hər hansı addım atmayacaqlarını bildirib. E.Əzizovun sözlərinə görə, sözügedən ticarət mərkəzi özəl mülkiyyət olduğundan icra hakimiyyəti bu məsələdə hər hansı məsuliyyət daşımır. E.Əzizovun sözlərinə fikrincə, bununla bağlı icra hakimiyyətinin atacağı hər hansı bir addım özəl mülkiyyətə müdaxilə ola bilər. Mağaza sahibləri isə hesab edir ki, E.Əzizovun məsələyə bu cür münasibəti absurddur. Onların fikrincə, icra başçısı sadəcə öz üzərinə hər hansı məsuliyyət götürmək istəmir”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin