Bu gün Milli Şuranın vahid namizədi Cəmil Həsənli paytaxtın Xətai rayonunda yerləşən Bakı kinoteatrında gənclərlə görüşəcək.
19.11
Tədbir başlamazdan əvvəl zala təxribatçıalr doluşub. Bir neçə nəfər görüşə gələn gəncləri üstünə hücum etsə də, onlar zaldan çıxarılıb.
Daha sonra dövlət himninin səslənməsi ilə görüş başlayıb. Ancaq hələ ki, C.Həsənli görüşə qatılmayıb.
18.42
“Musavat.com”un əməkdaşının verdiyi xəbərə görə, polislər gənclərin içəri girməsini ləngidirlər. Həmçinin yaşlı insanlar görüşə buraxılmır. Kinoteatrın qarşısında yüzlərlə insan saat 18.00 radələrindən dayansa da, onlar içəri çox az sayda və gec-gec buraxılır. Gənclərin üst-başı yoxlanılır. Polislər bildirirlər ki, içəridə təxribat ola bilər və bu səbəbdən yaşlıları buraxmırlar. Hazırda zalda üç yüzdən artıq gənc var. Görüş saat 18.30-da başlamalı olsa da, insanların vaxtında içəri buraxılmaması səbəbindən gecikir.


































































































