Məktəb direktorları yeni qaydalarla təyin olunacaq

Hazırda oxunan: Məktəb direktorları yeni qaydalarla təyin olunacaq

34627
Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır. Təhsil Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, qaydalar təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq.
Yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulub. Qaydalar təsdiq edildikdən sonra bu istiqamətdə işlərə başlanacaq.

Təhsil Nazirliyi müəllimlərin və direktorların attestasiyadan keçirilməsi məsələlərinə də aydınlıq gətirib. Bildirilib ki, pedaqoji kadrların peşəkar inkişafı və stimullaşdırma ilə əlaqədar müəllimlərin, o cümlədən rəhbər heyətin attestasiyası təhsilin inkişaf strategiyasında nəzərdə tutulub. Sənəd təsdiq və tətbiq edildikdən sonra müvafiq mexanizmlər yaradılacaq və bu istiqamətdə işlərə başlanacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin