“Demos” sosial-iqtisadi tədqiqatlar mərkəzi 2013-cü il prezident seçkiləri
ilə əlqədar beş min nəfər arasında sorğu keçirib. Sorğu paytaxtla yanaşı
Sumqayıt, Gəncə, Lənkəran və Qusarda yaşayan seçicilər arasında keçirilib.
Sorğuda iştirak edənlərin yaşı 18 ilə 84 arasında dəyişib. Respondentlərin 49
faizi qadın, 51 faizi isə kişi olub.
Sorğu anonim şəkildə keçirilib, sorğu anketlərində seçicilərin adı və
soyadını qeyd etmək tələb olunmayıb.
Sorğunun əsas sualı bu olub: “Prezident seçkiləri bu gün keçirilsə idi,
kimə səs verərdiniz?”
Sorğunun nəticələri aşağıdakı kimi olub:
İlham Əliyev - 75,6%
İqbal Ağazadə - 1,34 %
Qüdrət Həsənquliyev ”“ 0,12%
Hafiz Hacıyev ”“ 0,01%
Araz Əlizadə - 0 %
Sərdar Məmmədov ”“ 15, 4%
Zahid Oruc ”“ 0,02%
Fərəc Quliyev ”“ 0,3%
İlyas İsmayılov ”“ 1.8%
Cəmil Həsənli ”“ 4,41%



































































































