“Rəşid Mahmudova çatdırsınlar ki, günəbaxan tumlarının reklamı ilə məşğul olmasın...” - VİDEO

Hazırda oxunan: “Rəşid Mahmudova çatdırsınlar ki, günəbaxan tumlarının reklamı ilə məşğul olmasın...” - VİDEO

246008
Vətəndaşlar “Bizim ailə” günəbaxan tumlarının keyfiyyətsizliyindən şikayət edib.xa0

Moderator.az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, günəbaxan tumları çox keyfiyyətsiz şəkildə hazırlanır. İlk öncə günəbaxan tumunun qablaşdırılması zamanı içinə hava vurulur ki, bu da onun böyük həcmdə olmasını göstərir. Paketin içindəki tumları açanda isə adam peşman olur. Rəngi solmuş, çürük günəbaxan tumları ilə qablaşdırılmış belə məhsullar vətəndaşlara satılır.xa0

Samux rayonu, İnstitut qəsəbəsində hazırlanan günəbaxan tumları istehsalçı Usubov Füzuli İlyaz oğluna məxsusdur.xa0
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, günəbaxan tumları ilə bağlı rəhbəri olduğu quruma dəfələrlə şikayətlər olur:
“Günəbaxan tumları ilə bağlı bir il öncə bizə şikayət olunmuşdu və vətəndaşlar bildirirdilər ki, onun içindən çıxan uduşları ala bilmirlər. Sonra məlum oldu ki, bu işi görən adamlar heç Azərbaycanda deyil, xaircdədir. Əhalidən çoxsaylı şikayətlər daxil olur ki, tumun reklamı ləğv edilsin, bu arzuolunmaz bir şeydir və mən də bunun tərəfdarıyam. Bu yaxında dövlət adamlarımızdan birinə dedim ki, bizim tanınmış ziyalımız Rəşid Mahmudova çatdırsınlar ki, günəbaxan tumlarının reklamı ilə məşğul olmasın, bu ayıbdır. Bu çox əcaib bir haldır, R.Mahmudov bunu televiziya kanallarından birində reklam etmişdi. Bu gün günəbaxan tumları hardan, necə gəldi yığılaraq hazırlanır. Bundan sonra isə böyük reklam kampaniyası təşkil olunur və ona görə də əhali çaş-baş qalır. Bu sahədə çox böyük problem var və məsləhət görülməyən bir qidadır”.xa0xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin