Gəncə sakin Fizuli Ələkbərovdan kömək istəyir

Hazırda oxunan: Gəncə sakin Fizuli Ələkbərovdan kömək istəyir

30875

Ölkə prezidenti  Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının IV ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində vətəndaş məmur münasibətləri barəsində çox önəmli fikirlər səsləndirib.

Amma buna baxmayaraq, bir sıra  qurumlarda məmur özbaşınalığı hələ də davam edir.  Xüsusən  də Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) Nazirliyindən gələn korrupsiya xəbərlərinin ard-arası kəsilmir. Gəncə şəhər sakini Hacıyeva Esmira İmran qızı da əlillik dərəcəsini ala bilmədiyi üçün Moderator.az-a müraciət edib.

Gəncə sakini tənəffüs yollarının ən ağır formalı allergik zədələnməsi “Astma Bronxial” və “Şəkərli Diabet” xəstəliklərindən əziyyət çəkdiyini bildirir. Esmira xanım illərdir ki, adı çəkilən xəstəliklərdən müalicə olunduğunu və lazımı tibbi  sənədləri olsa da 1 ilə yaxındır ki, əlillik dərəcəsini ala bilməyini iddia edir. Xəstə dəfələrlə 25 saylı TSEK- in sədri Firuddin İsmayılov qəbulunda olsa da “haqq-hesab” verə bilmədiyindən get-gələ salınır.

Gəncə sakini axırıncı dəfə 25 saylı TSEK-in müdrinin qəbulunda olarkən səhhəti kritik həddə çatdığından hadisə yerinə Təcili Tibbi Yardım da çağırılıb. Həmin gün xəstənin yaxın qohumları ƏƏSM nazirliyinin “142” nömrəli qaynar xəttinə də şikayət ediblər. Buna baxmayaraq TSEK sədri xəstədən açıq-aşkar pul umduğunu dilə gətirib. Sonda əlacsız qalan xəstə bildirib ki, Sizdən aidiyyatı üzrə şikayət edəcəm. TSEK sədri isə bildirib ki, “get pulla gəl”. Yaxud da gedib yenə də xəstəlik kağızları düzəldib gətirməlisən. Əlacsız qalan xəstə əlilliyin pulla təyin edilməsinin teorem olduğunu anlayaraq məcburiyyət qarşısında qalıb  və mətbuat vasitəsi ilə aidiyyatı orqanlardan eləcə də ƏƏSM naziri Fizuli Ələkbərovdan əlillik dərəcələrinin təyin edilməsində ona köməklik göstərilməsini xahiş edir.

 

Ərşad

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin