Amal Kluni Komо gölü sahilində paparassilərin obyektivinə tuş gəldi - FOTO

Hazırda oxunan: Amal Kluni Komо gölü sahilində paparassilərin obyektivinə tuş gəldi - FOTO

630970

Məşhur hüquqşünas və hüquq müdafiəçisi Amal Kluni növbəti dəfə stil ikonası statusunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, 48 yaşlı Amal İtaliyanın məşhur Komо gölü sahilində paparassilərin obyektivinə tuş gəlib. O, ailəsi ilə birlikdə “Clooney Foundation for Justice” fondunun xeyriyyə tədbirinə gedib.

Amal tədbir üçün Con Qalyanonun 2004-cü ilin payız-qış kolleksiyasından olan möhtəşəm qara vintage libasını seçib. Uzun ipək kombinezon tipli paltar zərif çiçək naxışlı tikmələrlə və sinə hissəsində böyük şartrez rəngli məxmər bantla bəzədilib.

O, görünüşünü iri qızılı sırğalar, Chloé brendinin böyük ölçülü gün eynəyi və tünd bordo rəngli hörmə dəri çanta ilə tamamlayıb.
 

Amal qayığa gedərkən 8 yaşlı oğlu Aleksandrın əlindən tutub. Oğlan qum rəngli zərif kostyum və sandalet geyinib.


Onların yanında isə Corc Kluni açıq boz rəngli, qalstuksuz kostyumda əkiz qızı Ellanı müşayiət edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin