Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının ölkə bazarına idxalına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması üçün məhsulların təhlükəsizliyinin təmin edilməsini və məcburi tələblərə əməl olunmasını şərt qoyub.
Bizim.Media xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, məhsulların istehsalında yerli xammaldan istifadə, pestisidlərə nəzarət və tədarük zəncirinin izlənilə bilməsi əsas tələblər sırasındadır.
Məsələ Rusiya kənd təsərrüfatı naziri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan arasında Almatıda keçirilən görüşdə müzakirə olunub.
Qeyd edək ki, Rusiya bu ilin may və iyun aylarından etibarən Ermənistandan çiçəklər, pomidor, xiyar, bibər, göyərti, çiyələk, üzüm və digər kənd təsərrüfatı məhsullarının idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edib. İyulun 27-dən isə Ermənistandan süd məhsullarının idxalı da məhdudlaşdırılıb.
Bizim.Media

- A-
- A
- A+
Region
20:30 / 13.08.2026
Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarını idxal edəcək? - Şərtini açıqladı
Hazırda oxunan: Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarını idxal edəcək? - Şərtini açıqladı
Hazırda oxunan: Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarını idxal edəcək? - Şərtini açıqladı
630993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































