Tufandağ buzlağında dəyişikliklər baş verib - FOTO

Hazırda oxunan: Tufandağ buzlağında dəyişikliklər baş verib - FOTO

630965

Tufandağ buzlağında monitorinq zamanı dəyişikliklər qeydə alınıb, buzlağın buzlaq dili ötən illərlə müqayisədə geri çəkilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, Tufandağ buzlağının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hər il mütəmadi olaraq monitorinqlər həyata keçirilir:

"Bu tədqiqatların nəticələri iqlim dəyişmələrinin regionun dağlıq ərazilərinə təsirlərinin qiymətləndirilməsi, mümkün risklərin müəyyənləşdirilməsi və müvafiq adaptasiya tədbirlərinin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

2026-cı ilin 5–11 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən birgə həyata keçirilən ekspedisiya çərçivəsində Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağında növbəti çöl tədqiqat işləri aparılıb.

Aparılan monitorinq nəticələrinə əsasən demək olar ki, Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınır. Müəyyən sahələrdə buzlaq səhtinin qalınlaşması müşahidə edilsə də, buzlaq dilinin ötən illərlə müqayisədə geriyə çəkilməsi qeydə alınıb.

Tufandağ buzlağında müşahidə olunan dəyişikliklər Ümumdünya Meteorologiya Təşkilatının qlobal iqlim üzrə hesabatlarında əks olunan tendensiyalarla da uyğunluq təşkil edir".




 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin