Qohumlarının aldığı arvaddan imtina etdi - Azərbaycanda QƏRİBƏ HADİSƏ

Hazırda oxunan: Qohumlarının aldığı arvaddan imtina etdi - Azərbaycanda QƏRİBƏ HADİSƏ

630997

Sabirabadda kişi bəyənmədiyi qadına görə cərimələnib.

Bizim.Media xəbər verir ki, hadisə Ulacalı kəndində baş verib.

43 yaşlı Kamil Dadaşovun (şərti adla) qohumları bir qadını ona arvad kimi işlədiyi fermaya gətiriblər.

Lakin bir gün sonra Kamil xasiyyətlərinin uyğun gəlmədiyini görərək, qadını geri qaytarmaq istəyib və onu nalayiq ifadələrlə təhqir edib. Bu zaman qadın səs-küy salaraq, ondan şikayət edib. Şikayət əsasında Kamil saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Kamil bildirib ki, qadının şikayəti ilə əlaqədar o, polis şöbəsinə gəlib:
 

"Şöbənin arxa tərəfdən girişi olan qapısının qarşısında məni dəvət edən polis əməkdaşı ilə qarşılaşdım. Polis əməkdaşı qadının onu döyməyim barədə şikayət etdiyini bildirəndə əsəbiləşib onun ünvanına nalayiq ifadələr işlətdim".


Sonda Kamil Dadaşov əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə o, 50 manat məbləğində inzibati qaydada cərimələnib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin