Anomal istilər Fransaya 15 milyard avroyadək zərər vurub?

Hazırda oxunan: Anomal istilər Fransaya 15 milyard avroyadək zərər vurub?

630982

Fransada bu yay müşahidə olunan uzunmüddətli anomal istilər ölkə iqtisadiyyatına 10–15 milyard avro həcmində zərər vura bilər. Bu, Fransanın ümumi daxili məhsulunun təxminən 0,5 faizinə bərabərdir.

Bizim.Media xəbər verir ki, Fransanın Ekoloji Keçid naziri Monik Barbü bildirib ki, bu, hələlik ilkin qiymətləndirmədir və rəqəmlərə ehtiyatla yanaşmaq lazımdır.

Hesablamalar əvvəlki illərdə isti hava dalğalarının iqtisadi nəticələri ilə bağlı Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun məlumatları əsasında aparılıb.

Nazirin sözlərinə görə, ölkənin bir çox bölgəsində temperatur mövsümi normadan xeyli yüksək olaraq qalarsa, yekun iqtisadi zərər daha böyük ola bilər.

İlkin hesablamalara əsasən, ən ciddi itkilərin meşə yanğınları və kənd təsərrüfatı istehsalının azalması ilə bağlı olacağı gözlənilir. İyulun ortalarına olan məlumata görə, Fransanın ərazisinin təxminən 85 faizi quraqlıqla bağlı xəbərdarlıqların təsiri altında olub.
 

Fransa hökuməti xəbərdarlıq edib ki, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün tədbirlər görülmədiyi təqdirdə ekstremal istilərin iqtisadi nəticələri daha da ağırlaşa bilər.


Müqayisə üçün, 2003-cü ilin avqustunda rekord isti hava zamanı Fransada taxıl istehsalı 22 faiz, şərab istehsalı isə 9 faiz azalmışdı.

Avropa Mərkəzi Bankının 2025-ci ildə dərc etdiyi araşdırma da isti hava dalğaları və quraqlıqların Avropanın müxtəlif bölgələrində iqtisadi aktivliyə ciddi mənfi təsir göstərdiyini ortaya qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin