Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Hazırda oxunan: Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

631036

Novorossiyskdə üç əsas taxıl terminalı Ukrayna PUA-larının hücumlarından sonra fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, illik gücü 10,5 milyon ton olan KSK taxıl terminalının sahibi avtomobillərdən və dəmir yolu qatarlarından taxılın boşaldılması, gəmilərə yüklənməsi və digər əməliyyatların dayandırıldığını açıqlayıb.

Bundan əvvəl NZT və NKX terminallarının da fəaliyyətini dayandırdığı bildirilib. Onların illik gücü müvafiq olaraq 8,5 milyon və 7,1 milyon tondur.

Beləliklə, üç terminalın ümumi illik taxıl emalı gücü təxminən 26 milyon ton təşkil edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin