Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin sayı BİLİNDİ

Hazırda oxunan: Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin sayı BİLİNDİ

630950

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində yeni təmayül təhsil modeli üzrə avqustun 13-dək 7000-dən çox şagird elektron sistem üzərindən qeydiyyatdan keçib

Bizim.Media xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, yeni təmayül tədris modelinə X-XI sinif şagirdlərinin qeydiyyatı sentyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, 2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Belə ki, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Yeni təmayül tədris modeli şagirdlərin akademik inkişafını və gələcək təhsil hədəflərinə uyğun hazırlığını gücləndirməklə yanaşı, peşəkar müəllim potensialının tədris prosesində daha səmərəli dəyərləndirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin