The Economist: Qərb Talibanla danışıqlar aparmağa məcbur olacaq

Hazırda oxunan: The Economist: Qərb Talibanla danışıqlar aparmağa məcbur olacaq

630992

The Economist yazır ki, ABŞ və Avropa Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimini təcrid etmək siyasətindən imtina edərək onunla daha praqmatik münasibətlər qurmalıdır.

Nəşrin fikrincə, Talibanın hakimiyyətdən getməsi real görünmür və Qərb onunla əlaqə saxlamasa, Çin, Rusiya, Hindistan, Türkiyə və BƏƏ kimi ölkələr Əfqanıstanla əməkdaşlığı daha da genişləndirəcək.

Bizim.Media xəbər verir ki, məqalədə qeyd olunur ki, Taliban hakimiyyəti dövründə qadınların təhsil və əmək hüquqları ciddi şəkildə məhdudlaşdırılıb, ölkədə iqtisadi və humanitar problemlər dərinləşib.

Buna baxmayaraq, ABŞ və Avropanın rejimi təcrid etmək cəhdləri gözlənilən nəticəni verməyib.
 

The Economist Qərbə humanitar yardımı azaltmamağı, sanksiya siyasətini yenidən nəzərdən keçirməyi və terror təhlükəsinə qarşı Talibanla məhdud əməkdaşlıq imkanlarını araşdırmağı tövsiyə edir.


Nəşr vurğulayır ki, Talibanla diplomatik əlaqələrin qurulması onun siyasətinin təsdiqlənməsi deyil, mövcud reallığın qəbul edilməsi deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin