Şahbuzun bəzi hissələrində işıq OLMAYACAQ

Hazırda oxunan: Şahbuzun bəzi hissələrində işıq OLMAYACAQ

630951

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Bizim.Media-ya verilən məlumata görə, avqustun 14-də 35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan "Qəsəbə-1" 10 kV-luq hava elektrik xəttində yenidənqurma işləri aparılacaq.

Bununla əlaqədar avqustun 14-də saat 12:30-dan 14:30-dək Şahbuz şəhərinin Heydər Əliyev prospektində, Rəşid Behbudov, Bakı və 28 May küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin