Azərbaycanın gənc robototexnika istedadlarından beynəlxalq uğur! – FOTO

Hazırda oxunan: Azərbaycanın gənc robototexnika istedadlarından beynəlxalq uğur! – FOTO

630966

Azərbaycan gəncləri yalnız ölkə daxilində deyil, beynəlxalq texnologiya arenasında da öz bacarıqları ilə seçilirlər.

Bizim.Media xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbovun keçirdiyi görüşdə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən gənclər iştirak edib.

Görüşdə iştirak edən SUMbuilders komandası Çində keçirilən nüfuzlu beynəlxalq RobotChallenge yarışında böyük uğura imza atıb. Komanda yarışın nəticələrinə əsasən qızıl medal qazanıb və dünyanın ən güclü 10 komandası sırasına daxil olub.
 

RobotChallenge müxtəlif ölkələrdən robototexnika və texnologiya sahəsində istedadlı gəncləri bir araya gətirən beynəlxalq yarış platformalarından biridir. Yarış iştirakçılardan robotların hazırlanması və proqramlaşdırılması ilə yanaşı, mühəndislik düşüncəsi, problem həlli, yaradıcılıq və komanda işi bacarıqları tələb edir.


Qeyd edək ki, SUMbuilders Azərbaycanda robototexnika, proqramlaşdırma, mühəndislik və STEAM istiqamətlərində fəaliyyət göstərən, gəncləri beynəlxalq yarışlara hazırlayan komandalardan biridir.

2026-cı ildə keçirilən RobotChallenge Azerbaijan yarışında SUMbuilders komandaları 6 qızıl medal qazanaraq Çində keçirilən beynəlxalq çempionatda Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu uğur isə həmin hazırlığın və komanda əməyinin beynəlxalq arenada da öz nəticəsini verdiyini göstərir.

Azərbaycanı beynəlxalq platformalarda layiqincə təmsil edən gənclərimizi və SUMbuilders komandasını təbrik edir, yeni uğurlar arzulayırıq!






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin