ABŞ-da 100 min dollarlıq saxta nikah sxemi ifşa edildi

Hazırda oxunan: ABŞ-da 100 min dollarlıq saxta nikah sxemi ifşa edildi

631010

ABŞ-da əcnəbilərin “green card” almasına kömək etmək məqsədilə saxta nikahlar təşkil edən böyük şəbəkə ifşa edilib. İş üzrə Nyu-York ərazisindən 11 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, istintaqa görə, 10 ildən artıq fəaliyyət göstərən sxem yüzlərlə saxta nikahı əhatə edə bilər.

Əsasən Çin vətəndaşları ABŞ vətəndaşları ilə formal nikah bağlamaq üçün təşkilatçılara on minlərlə dollar ödəyiblər. Bəzi hallarda xidmətin qiyməti 100 min dollara qədər çatıb.
 

Təşkilatçılar saxta nikahları inandırıcı göstərmək üçün toy mərasimləri, fotoçəkilişlər və qonaqlar təşkil edib. Nikahdan sonra əcnəbi şəxsin “green card” almasından sonra boşanmasına da kömək göstərildiyi bildirilir.


ABŞ prokurorluğu şəbəkənin on ildən artıq müddətdə on milyonlarla dollar qazandığını ehtimal edir.

Saxlanılan şəxslər müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Təqsirləri sübuta yetirilərsə, onları 10 ilədək həbs cəzası gözləyə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin