“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.
Bizim.Media xəbər verir ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.
Yeni ekspres marşrutlar:
M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;
M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;
M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;
M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;
M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;
M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərəcək.
Eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək.
Bu gündən isə “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:17 / 13.08.2026
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO
Hazırda oxunan: Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO
Hazırda oxunan: Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır– VİDEO
630932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































