Sakinləri boğaza yığan problem niyə həll edilmir? - VİDEO

Hazırda oxunan: Sakinləri boğaza yığan problem niyə həll edilmir? - VİDEO

630998

Qaradağ rayonunun Qobustan qəsəbəsi, "İkinci massiv" adlanan ərazidə sakinlər illərdir yol problemindən əziyyət çəkirlər.

Bizim.Media xəbər verir ki, fərdi yaşayış evlərinin yerləşdiyi küçədə asfalt örtüyünün olmaması xüsusilə yağışlı havalarda sakinlərin hərəkətlərini çətinləşdirir.

Sakinlərin sözlərinə görə, ərazidə yolun asfaltlanmaması səbəbindən yay aylarında güclü toz, yağışlı havalarda isə palçıq yaranır.

Bu isə həm sakinlərin gündəlik hərəkətini çətinləşdirir, həm də məktəbə gedən uşaqlar üçün ciddi problemlər yaradır.
 

"71 ildir burada yaşayıram. Ağlım kəsəndən bu yolu belə görmüşəm. Şəhərdən qonaqlarımız gələndə buradan qaloş aparırıq. Ayaqqabılarını çıxarıb qaloş geyinərək evə gəlirlər", - deyə sakin narazılığını dilə gətirib.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhəri istisna olmaqla, respublikanın digər şəhərləri, eləcə də qəsəbə və kəndlərinin daxili küçə və yolları qurumun balansında deyil.

Həmin yolların vəziyyətinə nəzarət edilməsi və təmirə ehtiyacların müəyyənləşdirilməsi yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin səlahiyyətlərinə daxildir.

Qurumdan qeyd olunub ki, qəsəbə və kənddaxili küçələrin təmirinə ehtiyac yarandıqda sakinlərin ilk növbədə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət etməsi məqsədəuyğundur.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin