Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Hazırda oxunan: Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

631013

Ukrayna vasitəçi üzərindən Rusiyaya Qara dənizdə mülki obyektlərə qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə təklif göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumatlı mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Kiyev hələ Moskvanın cavabını almayıb.

Son aylarda Qara və Azov dənizlərində vəziyyət kəskinləşib. Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiya gəmilərinə, neft tankerlərinə və liman infrastrukturuna zərbələr endirib. Rusiya isə Odessa vilayətindəki limanlarla yanaşı, həmin limanlara daxil olan mülki və xarici gəmiləri də vurub.
 

Məlumata görə, iyun və iyul aylarında Rusiya ordusunun hücumları nəticəsində ən azı 50 yük gəmisi zərər görüb, 30-dan çox insan həlak olub.


Bununla yanaşı, Ukrayna PUA-larının Türkiyə gəmilərinə və Rusiyanın “kölgə donanmasına” məxsus tankerlərə hücum etdiyi, Novorossiysk yaxınlığında isə Hindistandan gələn “Yanina” konteyner gəmisinin batırıldığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin