Bərdədə zəncirvari qəza: 4 yaralı var

Hazırda oxunan: Bərdədə zəncirvari qəza: 4 yaralı var

630991

Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Qəza zamanı "Toyota Camry", "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Toyota Camry" və "VAZ 2107" aşaraq yolun sağ və sol kənarlarına düşüblər.


Hadisə nəticəsində xəsarət alan dörd nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin