Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Hazırda oxunan: Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

631017

Təmir işləri ilə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.
 

Bildirilib ki, məhdudiyyət avqustun 14-ü saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.


Nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı küçələrin müəyyən hissələrində məhdudlaşdırılacaq:

• Həsən Abdullayev küçəsi
– Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;

• Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;

• Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;

• Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;

• Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;

• Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;

• Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;

• İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.

Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin