Ağ Evin keçmiş əməkdaşı: «Mən sadəcə hamiləyəm, səfehlər!»

Hazırda oxunan: Ağ Evin keçmiş əməkdaşı: «Mən sadəcə hamiləyəm, səfehlər!»

630967

ABŞ prezidentinin tədbirlər zamanı guya gizli cihaz vasitəsilə oyadıldığı barədə sosial şəbəkələrdə yayılan konspirasiya nəzəriyyəsinə keçmiş Ağ Ev əməkdaşı Ceymi Li Franklin sərt cavab verib.

Bizim.Media xəbər verir ki, Franklin bu barədə X sosial şəbəkəsində yazıb:

«Mən sadəcə hamiləyəm, səfehlər!».

O, paylaşımına gülüş emojiləri də əlavə edib.
 

Söhbət ABŞ Prezidenti Donald Trampın Oval kabinetdə icra sərəncamının imzalanması mərasimində çəkilən görüntülərdən gedir. Tədbir zamanı Tramp Milli Sağlamlıq İnstitutlarının direktoru Cey Bhattacharyanın çıxışını dinləyərkən gözlərini yumub və başını aşağı əyib.


Həmin vaxt prezidentin arxasında dayanan Ceymi Li Franklin vaxtaşırı əlinə qarnına toxundurub. Bu görüntülər sosial şəbəkələrdə müxtəlif konspirasiya nəzəriyyələrinin yayılmasına səbəb olub.

Paylaşımlardan birində Franklinin qarnında guya xüsusi düymə yerləşdirildiyi və Tramp yuxulamağa başlayanda onun həmin düyməni basaraq prezidenti «oyatdığı» iddia edilib. Hətta ona «The Zapper» («Elektrikləndirici») ləqəbi də verilib.

Franklin isə bu iddiaları istehza ilə rədd edib və qarnına toxunmasının səbəbinin hamilə olması ilə əlaqələndirib.

Bu, Trampın ictimai tədbirlər zamanı yuxulu görünməsi ilə bağlı yayılan ilk müzakirə deyil. Ağ Ev daha əvvəl prezidentin mərasimlərdə yatdığı barədə iddiaları da rədd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin