Biləsuvar rayonunda ölüm hadisəsi ilə nəticələnən bıçaqlanma baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Dəvrişli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakinləri arasında yaranan mübahisə zamanı bir kişi bıçaqlanıb. Ağır xəsarət alan şəxs rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu





























































































