Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Hazırda oxunan: Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

631023

İtaliyada biznesmen Valter Lavitola araşdırmaçı jurnalist Sidzfrido Ranuççinin evinin qarşısında törədilən partlayışı təşkil etdiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, nu barədə onun vəkili bildirib.
 

Lavitolanın sözlərinə görə, o, bunu jurnalistin təhlükəsizliyini təmin etmək və ona qarşı təhdidlər səbəbilə mühafizəsinin gücləndirilməsinə nail olmaq üçün edib. Ranuççinin mafiya tərəfindən təhdid olunduğu ehtimal edilirdi.


Ötən ilin oktyabrında Romanın yaxınlığında jurnalistin evinin qarşısında güclü kustar üsulla hazırlanmış partlayıcı qurğu işə salınıb. Nəticədə jurnalistin və qızının avtomobilləri ciddi zədələnib.

İstintaq əvvəlcə hücumun arxasında mafiyanın dayana biləcəyini ehtimal edib. İyunun sonunda isə partlayışı birbaşa həyata keçirməkdə şübhəli bilinən daha 4 nəfər saxlanılıb. Onların Lavitola tərəfindən cəlb edildiyi bildirilir.

Lavitola hücumun Ranuççinin populyarlığını artırmaq və onun gələcəkdə siyasətə keçidini hazırlamaq məqsədi daşıdığını inkar edir.

Ranuççi dövlət televiziyası Rai-də yayımlanan Report proqramının aparıcısıdır və korrupsiya və mütəşəkkil cinayətkarlıqla bağlı araşdırmaları ilə tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin