Tovuzda çayda köməksiz qalan 2 nəfər xilas edildi - FOTO

Hazırda oxunan: Tovuzda çayda köməksiz qalan 2 nəfər xilas edildi - FOTO

631007

Tovuzda selin gəlməsi nəticəsində çayda qalan iki nəfər xilas edilib.

Bizim.Media xəbər verir ki, Zəyəm çayının rayonun Şamlıq kəndi ərazisində keçən hissəsində yağış nəticəsində güclü sel gəlib.
 

Nəticədə çayın ortasında olan iki nəfər şəxs kənara çıxa bilməyib. Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınnsöndürən xilasediciləri cəlb edilib.


Çayın ortasında köməksiz vəziyyətdə qalanlar 1971-ci il təvəllüdlü Y.Humbətov və 1984-cü il təvəllüdlü S.İbrahimov xilasediciləri tərəfindən sudan kənara çıxarılıb.

Hər iki şəxs adiyyəti üzrə təhvil verilib. Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Qeyd edək ki, bu gün yağan yağışdan sona Zəyəm çayına güclü sel gəlib. (Apa.az)








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin