Rusiya Azərbaycandan elektrik enerjisi alışını ARTIRDI

Hazırda oxunan: Rusiya Azərbaycandan elektrik enerjisi alışını ARTIRDI

630964

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 64,669 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,920 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 3,559 milyon kVt/saat və ya 5,8%, dəyər ifadəsi ilə isə 205 min ABŞ dolları, yaxud 7,5% artıb.

Eyni zamanda, 2026-cı ilin ilk altı ayında Azərbaycan Rusiyadan 1,515 milyon ABŞ dolları dəyərində, 38,057 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 95 min ABŞ dolları və ya 6,7% çox, həcm ifadəsində isə 3,484 milyon kVt/saat və ya 8,4% azdır.

Ümumilikdə isə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 8 ölkəyə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 436,466 milyon ABŞ dolları və ya 9,6% az, həcm baxımından isə 65,848 milyon kubmetr və ya 0,5% çoxdur.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin