Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Hazırda oxunan: Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

631024

Polşa xüsusi xidmət orqanları ABŞ vətəndaşı olan, Ukrayna əsilli şəxsin Varşavada öldürülməsinə hazırlığın qarşısını alıb.

Bizim.Media xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bildirib ki, sui-qəsdin Rusiya tərəfinin sifarişi ilə hazırlanmasından şübhələnilir.
 

Tuskun sözlərinə görə, hadisə ilə bağlı Rusiya vətəndaşı avqustun 7-də Polşa Daxili Təhlükəsizlik Agentliyi və polis tərəfindən saxlanılıb. Əməliyyat ABŞ xüsusi xidmətlərinin əməkdaşlığı ilə həyata keçirilib.


Polşa rəsmiləri bildiriblər ki, şübhəli şəxs xarici xüsusi xidmət orqanının tapşırığı ilə ABŞ və Ukrayna vətəndaşlığı olan şəxsin qətlini hazırlayıb.

Tusk Rusiyanın Avropada Ukraynanı dəstəkləyən ölkələrə qarşı hibrid müharibə çərçivəsində bu cür əməliyyatları davam etdirə biləcəyini istisna etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin