DİQQƏT! Bir sıra rayonlarında işıq olmayacaq
Bu gün ölkənin brəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
"Azərişıq"dan Bizim.Media-ya verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da ölkənin bir sıra rayonlarında bəzi 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
Yevlax Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 09:00-dan 12:00-dək Qoyunbinəsi kəndində, saat 10:00-dan 15:00-dək şəhər ərazisində yerləşən Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar, Bakı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
...