Yer ilə kosmos arasında lift inşa ediləcək

Hazırda oxunan: Yer ilə kosmos arasında lift inşa ediləcək

630137

Kosmik lift gələcəyin ən iddialı mühəndislik layihələrindən biri hesab olunur.

Bizim.Media xəbər verir ki, layihəyə əsasən, Yerin ekvatorundan geostasionar orbitdə yerləşən stansiyaya qədər, təxminən 36 min kilometr uzunluğunda nəhəng kabel çəkiləcək.

Xüsusi “klaymerlər” bu kabel boyunca hərəkət edərək insan və yükləri raketlərə ehtiyac olmadan kosmosa daşıya biləcək.

Layihənin əsas problemi isə kifayət qədər yüngül və son dərəcə möhkəm kabel materialının hazırlanmasıdır. Bu məqsədlə karbon nanoboruları əsas namizədlərdən biri hesab olunur.
 

Yaponiyanın Obayashi Corporation şirkətinin konsepsiyasına görə, sistemin ümumi uzunluğu təxminən 96 min kilometr ola bilər. Layihə çərçivəsində kosmik stansiyalar, günəş elektrik stansiyaları və digər infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulur.


Mütəxəssislər hesab edirlər ki, əsas texniki problemlər həll olunarsa, kosmik liftin tikintisi təxminən 25 il çəkə bilər. Konsepsiyanın müəllifləri geostasionar stansiyanın ilk tamhəcmli istismarının təxminən 2050-ci ildə mümkün ola biləcəyini proqnozlaşdırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin