Rzayi Xameneinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi oldu

Hazırda oxunan: Rzayi Xameneinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi oldu

630164

Bu gün İslam İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan “Tasnim” xəbər agentliyi Möhsün Rzayinin İranın Ali Milli Təhlükəsizlik Şurasına ali rəhbərin nümayəndəsi kimi təyin edildiyini bildirib.

Bizim.Media xəbər verir ki, Rzayi və Səid Cəlili hazırda Ali Milli Təhlükəsizlik Şurasında İranın ali rəhbərinin nümayəndələri kimi fəaliyyət göstərirlər.
 

Rzayinin təyinatı ilə bağlı xəbərlər Məhəmmədbaqer Zülqədrinin Ali Milli Təhlükəsizlik Şurasının katibliyindən istefa verməsi barədə məlumatların yayıldığı vaxtda gündəmə gəlib.


Qeyd edək ki, bəzi İran mediasında Rzayinin təkcə ali rəhbərin nümayəndəsi deyil, həm də Zülqədrinin yerinə şuranın katibi təyin edildiyi barədə məlumat yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin