Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən sıx meşəlik ərazidə çoxillik həmişəyaşıl ağacların quruması sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, ərazidəki ağacların bir çoxunun quruduğu, bəzilərinin isə quruyaraq sağlam ağacların üzərinə aşdığı müşahidə olunur.
Bu isə həm yaşıllıqların məhv olmasına, həm də ərazidən keçən avtomobillər və piyadalar üçün təhlükə yaranmasına səbəb olur.
Sakinlərin sözlərinə görə, problem illərdir mövcuddur və ərazidəki bəzi ağaclar kəsilib, bəziləri isə yandırılıb. Qurumuş ağacların arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nişanlanmış ağaclara da rast gəlinir.
Ərazi eyni zamanda zibilliklə çirklənib. Sakinlər bildirirlər ki, meşəlik sahə bəzi evsiz və digər şəxslərin məskunlaşdığı yerə də çevrilib.
Sakinlər aidiyyəti qurumların əraziyə baxış keçirməsini və qurumuş ağaclarla bağlı tədbir görülməsini istəyirlər.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:45 / 09.08.2026
Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - VİDEO
Hazırda oxunan: Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - VİDEO
Hazırda oxunan: Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - VİDEO
630179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































