Britaniya Hərbi Dəniz Qüvvələrinin dronları Çinə texniki məlumat ötürüb

Hazırda oxunan: Britaniya Hərbi Dəniz Qüvvələrinin dronları Çinə texniki məlumat ötürüb

630234

Böyük Britaniya hakimiyyəti ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatlarda quraşdırılmış kameraların texniki məlumatları Çindəki IP ünvana ötürdüyünü aşkarlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.
 

Söhbət Britaniyanın müdafiə podratçısı "Kraken Technology Group" tərəfindən təchiz edilən "K3 Scout" pilotsuz aparatlarından gedir. Aparatlar üçün kameralar əvvəllər avadanlığın təhlükəsizliyinə zəmanət verən üçüncü tərəf şirkətindən alınıb.


Kameralarda Çin istehsalı komponentlər aşkarlanıb. Yoxlama zamanı müəyyən edilib ki, qurğular Çinə sistemin vəziyyəti ilə bağlı siqnallar, yəni avadanlığın şəbəkəyə qoşulması və işlək vəziyyətdə olması barədə texniki məlumatlar ötürüb.

Məlumatların ötürüldüyü aşkarlandıqdan sonra Böyük Britaniyanın Müdafiə Nazirliyi aparatların internet bağlantısını kəsib.

Bununla belə, nazirliyin nümayəndəsi bildirib ki, araşdırma nəticəsində həssas və ya kritik əhəmiyyətli məlumatların xaricə sızmasına dair heç bir əlamət aşkar edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin