Sərnişinlərin NƏZƏRİNƏ: 11 avtobus marşrutunun dayanacağında dəyişiklik edildi

Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ: 11 avtobus marşrutunun dayanacağında dəyişiklik edildi

630193

Bakıda təmir işləri ilə əlaqədar 11 avtobus marşrutu ilə bağlı müvəqqəti dəyişiklik tətbiq olunub.

Bizim.Media  xəbər verir ki, bu barədə Azəbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfində aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinliyin və diskomfortun yaranacağı nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar həmin dayanacaqlarda saxlamayacaq.

Avqustun 11-də isə sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin