Türkiyədə meşə yanğınlarına görə 9 nəfər həbs edildi - FOTO

Hazırda oxunan: Türkiyədə meşə yanğınlarına görə 9 nəfər həbs edildi - FOTO

630197

Türkiyədə iyunun 1-dən etibarən baş verən və hüquqi araşdırmaya cəlb olunan 52 meşə yanğını ilə bağlı 34 şübhəli müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, araşdırmalar çərçivəsində müəyyən edilən şübhəlilərdən 9-u həbs edilib, 14 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

A. Gürlek bildirib ki, "Yaşıl Vətən"i təhdid edən meşə yanğınlarının başvermə səbəbləri və şübhəli şəxslər hərtərəfli araşdırılır: "Türkiyə İstintaq işləri Təbii Fəlakətlər və Qəzalar Departamentinin nəzarəti, Respublika Baş Prokurorluqları və aidiyyəti qurumların koordinasiyası ilə həyata keçirilir".

Nazir qeyd edib ki, meşə yanğınları həm qəsdən törədilmə, həm də səhlənkarlıq və ehtiyatsızlıq ehtimalları baxımından diqqətlə araşdırılır.

"Meşələri qəsdən yandıranların, eləcə də səhlənkarlıq və ya ehtiyatsızlıq nəticəsində yanğına səbəb olan şəxslərin müəyyən edilərək ədalət qarşısına çıxarılması istiqamətində işlər qətiyyətlə davam etdirilir. Cinayət şübhəsi olan heç bir meşə yanğınının səbəbi müəyyən edilmədən qalmasına imkan verilməyəcək", - deyə Gürlek bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin