Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hər bir zərbəsinə cavab veriləcəyini və müharibənin nəticələrinin Rusiya ərazisində daha çox hiss olunacağını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, video müraciətində danışıb.
“Tamamilə ədalətli cavablar var, Rusiyanın hər zərbəsinə bizim reaksiyamız olacaq. Rusiya müharibəsi onların öz evlərində, Rusiyada getdikcə daha çox hiss olunacaq”, — Zelenski deyib.
Prezident qeyd edib ki, gün ərzində baş nazirin məruzələrini dinləyib, həmçinin Baş Komandan Aleksandr Drapatı ilə Ukrayna şəhərlərinin müdafiəsi və Rusiyaya cavab tədbirləri barədə danışıb.
Zelenski həmçinin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məqsədilə yeni diplomatik təmasların keçiriləcəyini açıqlayıb.
Bizim.Media


























































































