İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

Hazırda oxunan: İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

630213

İsraildə "General Robotics" şirkəti tərəfindən yüngül robotlaşdırılmış platformalar üçün hazırlanmış yeni "Pitbull" məsafədən idarə olunan döyüş sistemi təqdim edilib.

Bizim.Media xəbər verir ki, sistemin əsas təyinatı pilotsuz uçuş aparatları (PUA) ilə effektiv mübarizə aparmaqdır.

Sistem avtomatik izləmə alqoritmləri və kompüter görmə texnologiyası ilə təchiz olunub. Bu, uçan dronları yüksək dəqiqliklə məhv etməyə imkan verir.

 

Qurğu müxtəlif texnika növlərinə, o cümlədən yerüstü platformalara və katerlərə inteqrasiya oluna bilər. Xüsusi silah stabilizasiya sistemi sayəsində hərəkətdə olarkən də dəqiq atəş açmaq mümkündür.

 

Sistemin əsas xüsusiyyətlərindən biri insan müdaxiləsini minimuma endirərək hədəfləri avtomatik müşayiət etməsidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin