BMT-nin baş katibi ilk dəfə yəhudi əsilli qadın ola bilər

Hazırda oxunan: BMT-nin baş katibi ilk dəfə yəhudi əsilli qadın ola bilər

630222

Kosta-Rikalı diplomat və ölkənin keçmiş vitse-prezidenti Rebekka Qrinspan BMT-nin növbəti baş katibi vəzifəsinə gözlənilmədən əsas namizədlərdən birinə çevrilib.

Bizim.Media xəbər verir ki, namizədliyi təsdiqlənərsə, Qrinspan təşkilata rəhbərlik edən ilk qadın və yəhudi əsilli ilk şəxs olacaq. Bu barədə The Guardian məlumat yayıb.

Hazırkı BMT baş katibi Antonio Quterreş ikinci və sonuncu səlahiyyət müddətini dekabrın 31-də başa vuracaq. Təşkilatda mövcud olan qeyri-rəsmi regional rotasiya praktikasına əsasən, onun varisinin Latın Amerikasından olması gözlənilir.

 

Hazırda Qrinspan BMT-nin Ticarət və İnkişaf Konfransına (UNCTAD) rəhbərlik edir. Onun valideynləri Holokostdan xilas olaraq Polşadan köçən yəhudi qaçqınlar olub. Ana tərəfdən nənəsi və babası isə nasistlər tərəfindən öldürülüb.

 

BMT Təhlükəsizlik Şurasında keçirilən ilk qapalı ilkin sorğuda Qrinspanın namizədliyini 10 ölkə dəstəkləyib, 4 ölkə neytral mövqe tutub, 1 ölkə isə əleyhinə səs verib. Əleyhinə səs verən ölkənin hansı olduğu açıqlanmayıb.

Qərb diplomatının sözlərinə görə, bəzi ölkələr Qrinspanı Quterreşin siyasətini davam etdirə biləcək namizəd kimi görür. Onun Quterreşin qeyri-rəsmi dəstəyindən yararlana biləcəyi də istisna edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin