Berlində 700 nəfər “Çılpaq velosiped yürüşü”ndə iştirak edib - FOTO

Hazırda oxunan: Berlində 700 nəfər “Çılpaq velosiped yürüşü”ndə iştirak edib - FOTO

630167

Berlində təxminən 700 nəfər “World Naked Bike Ride” (“Ümumdünya çılpaq velosiped yürüşü”) aksiyasında iştirak edib.

Bizim.Media xəbər verir ki, 2001-ci ildən dünyanın müxtəlif şəhərlərində keçirilən tədbir bu il ilk dəfə Almaniyanın paytaxtında təşkil olunub.
 

Aksiya iştirakçıları tolerantlığı, özünü olduğu kimi qəbul etməyi, bədən azadlığını, təbiətlə harmoniyanı, ətraf mühitin və iqlimin qorunmasını, sosial müxtəliflik və inklüzivliyi dəstəkləyiblər. Təşkilatçılar vurğulayıblar ki, iştirakçıların çılpaq olması heç bir seksual məna daşımır.


33 kilometr uzunluğunda marşrut Berlinin müxtəlif hissələrindən keçib.

Velosipedçilər Treptov parkı, East Side Gallery, Brandenburq qapıları və Reyxstaq binası kimi şəhərin məşhur məkanlarının qarşısından keçiblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin