Tovuzda evdə yanğın - Zəhərlənən var - VİDEO

Hazırda oxunan: Tovuzda evdə yanğın - Zəhərlənən var - VİDEO

630144

Tovuzda vətəndaşa məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli yaşayış evində yanğın olub.

Bizim.Media xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı evdə olan əşyalar təxliyə edilib. Evdə olan azyaşlı və yeniyetmələr isə hadisə şahidləri tərəfindən təhlükəsiz şəkildə evdən çıxarılıb.
 

Məlumata görə, ev sahibi, 35 yaşlı Könül Həsənova tüstüdən zəhərlənib. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmadan sonra müəyyənləşəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin