Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

Hazırda oxunan: Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

630214

Odessada Ukraynanın yerli xalqlarının günü qeyd olunub. Tədbir zamanı iştirakçılar dulusçuluq üzrə ustad dərsində iştirak edib, yaylıqları rəngləyib, Krım motivləri ilə şamlar və rəsmlər hazırlayıb, həmçinin Krım tatar qəhvəsinin hazırlanma ənənəsi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, tədbirdə Krım tatarlarının milli ornamentlərindən biri olan “ornək”ə də xüsusi diqqət ayrılıb.

“Millətin kodu” adlandırılan bu ornament tikmə, geyim, dəsmal və dulusçuluqda istifadə olunub və onun hər bir simvolu xüsusi məna daşıyıb.

“Biz öz mədəniyyətimiz haqqında danışmalı, onu dəyərli etməli və Ukrayna mədəniyyətinin müxtəlifliyini artırmalıyıq”, — “Odessa vilayətinin Krım tatarları” ictimai təşkilatının rəhbəri Fevzi Mamutov bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin