Suriyada Rusiyanın hərbi bazalarının taleyi bəlli oldu: “Bundan sonra...”

Hazırda oxunan: Suriyada Rusiyanın hərbi bazalarının taleyi bəlli oldu: “Bundan sonra...”

630169

Suriya və Rusiya Rusiyanın Suriya sahillərində yerləşən hərbi obyektlərinin gələcək statusunu müəyyən edən anlaşma memorandumu imzalayıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, Rusiyanın hərbi bazalarının birgə hərbi hazırlıq və ixtisasartırma mərkəzlərinə çevrilməsi planlaşdırılır. Yeni formata keçidin üç ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Bununla yanaşı, Hmeymim hava limanı və Tartus limanının dördüncü kommersiya körpüsü də daxil olmaqla, mülki obyektlər Suriya dövlətinin idarəçiliyinə veriləcək.

Razılaşma təxminən il yarım davam edən danışıqlardan sonra əldə olunub. Suriyanın Xarici İşlər Nazirliyi memorandumun Dəməşq və Moskva arasında münasibətlərdə yeni mərhələnin başlanmasına şərait yaratdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin