Ukraynalı komandan: Rusiya bu beş istiqamət üzrə zəiflədilməlidir

Hazırda oxunan: Ukraynalı komandan: Rusiya bu beş istiqamət üzrə zəiflədilməlidir

630224

Ukrayna Silahsız Sistemləri Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bildirib ki, müharibə Rusiyanın hərbi maşınının beş əsas elementinin sistemli şəkildə zəiflədilməsindən sonra başa çata bilər.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Rusiya fiziki olaraq bu imkanları itirməlidir:

müharibəni maliyyələşdirmək;

silah istehsal etmək;

arxa cəbhəni qorumaq;

canlı qüvvəni cəbhəyə göndərmək;

ölkə daxilində sabitlik və nəzarət illüziyasını qorumaq.

Brovdi hesab edir ki, Ukrayna üçün ən məqbul strategiya Rusiyanın bu beş istiqamət üzrə ardıcıl və asimmetrik şəkildə zəiflədilməsidir.

O, Ukraynanın qarşıdakı dövrdə daha çətin vəziyyətlə üzləşəcəyini bildirərək ölkənin intellektual və texnoloji potensialından istifadə etməyə, “ağılla və riyaziyyatla müharibə aparmağa” çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin