Avstriya Baş naziri sabah Türkiyəyə gedəcək

Hazırda oxunan: Avstriya Baş naziri sabah Türkiyəyə gedəcək

630185

Avstriya Baş naziri Kristian Ştoker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 10-da Türkiyəyə rəsmi səfər edəcək.

Bizim.Media  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Avstriya arasında çoxşaxəli münasibətlərin bütün aspektləri müzakirə olunacaq.

Tərəflər mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atıla biləcək addımları nəzərdən keçirəcəklər.

Görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin