9 avqust 2026-cı il tarixində aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, imtahan elektron formada keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 15 nəfər iştirak edib. 4 nəfər uğur qazanaraq müstəqil ekspert sertifikatı əldə edib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 10 – 11 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:52 / 09.08.2026
Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verdilər
Hazırda oxunan: Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verdilər
Hazırda oxunan: Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verdilər
630173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































