İran parlamentinin komitəsi Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqlədi

Hazırda oxunan: İran parlamentinin komitəsi Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqlədi

630187

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqləyib.

Bizim.Media  xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Söhbət "Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında" qanun layihəsindən gedir.

Qeyd edək ki, avqustun 7-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirmişdi ki, parlament Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin